İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina istefa verib.
Msport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qravina 2018-ci ildən federasiyaya rəhbərlik edirdi. İtaliya Futbol Federasiyasının prezidenti postuna növbəti seçkilər iyunun 22-də keçiriləcək.
İtaliya millisi ardıcıl 3-cü dünya çempionatında iştirak etməyəcək.
Qeyd edək ki, komandanın baş məşqçisi Cennaro Qattuzonun da istefaya göndərilməsi gündəmdədir.