Rusiyanın məşhur rep qrupunun qurucusu və üzvü Artem Brovkov (Fuze) avtomobil qəzasında həyatını itirib.
Ajans.az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Brovkov ağır yol-nəqliyyat hadisəsi keçirib və həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Sənətçi 46 yaşında vəfat edib.
Qeyd edək ki, Krec 2000-ci illərin əvvəlində yaradılıb və qrupun ən məşhur hitlərindən biri Tenderness hesab olunur. Brovkov SVO-nun başlanmasından sonra Rusiyanı tərk edərək ABŞ-də yaşayırdı və 2025-ci ilin martında “xarici agentlər” reyestrinə daxil edilmişdi.
DOĞRU.AZ