AZ

Niderland ordusu 600 dron mütəxəssisini işə götürəcək

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Niderland ordusu döyüş qabiliyyətlərini artırmaq üçün dronlara diqqət yetirəcək və bu sahə üzrə 600 mütəxəssisi işə götürəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi açıqlama yayıb. Qeyd olunub ki, ilk mərhələdə orduda 600 dron mütəxəssisi yerləşdiriləcək.

Açıqlamada dronların döyüş meydanında istifadəsinin və onlara qarşı mübarizə aparılmasının zəruri olduğu və məqsədin bu mütəxəssislərin köməyi ilə döyüş gücünü artırmaq olduğu vurğulanıb. O da qeyd olunub ki, NATO daxilindəki hərbçilər uzun müddətdir dron texnologiyasından istifadə edirlər. Dronlardan Ukraynadakı müharibədə əhəmiyyətli dərəcədə istifadə olunur.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr