AZ

NASA növbəti Aya növbəti raketi göndərdi

ABŞ-nin Aeronavtika və Kosmos Agentliyi (NASA) 50 ildən çox bir müddətin ardından Artemis II missiyası çərçivəsində Aya ilk səyahətini başladıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın Orion kosmik gəmisinin Ayın orbitində bir dövrə vurub sonra Yerə qayıtması ilə tamamlanan Artemis I proqramının ikinci mərhələsi olan Artemis II missiyası Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən həyata keçirilən qalxışla başlayıb.

1972-ci ildən sonra Aya edilən ilk insanlı səyahət olan bu uçuş təxminən 15 dəqiqəlik bir gecikmə ilə baş tutub.

Ay ətrafında 54 ildən sonra həyata keçirilən ilk insanlı uçuşda, qalxışdan 8 dəqiqə sonra təxminən 100 kilometr hündürlüyə çatıldığı, atmosfer sərhədinə yaxınlaşıldığı və əsas mühərrikin Orion kapsulundan ayrıldığı bildirilib.

Artemis II ekipajında NASA astronavtı Reid Wiseman uçuşun pilotu Victor Glover missiya mütəxəssisi olaraq NASA astronavtı Christina Koch və Kanada Kosmos Agentliyindən (CSA) astronavt Jeremy Hansen yer alır.

Seçilən
4
manset.az

1Mənbələr