AZ

Azərbaycanda saxlanılan Pakistan vətəndaşı Tacikistana ekstradisiya edilib

Pakistan İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü İnsaf Sobianın ekstradisiyası ilə bağlı Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Day.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Tacikistanda dələduzluq cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunan İnsaf Sobia 2026-cı ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya uyğun olaraq onun ekstradisiyası barədə qərar qəbul edilib. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Seçilən
11
23
day.az

10Mənbələr