AZ

Tramp uğursuz kampaniyanın günahını müttəfiqlərində axtarır ŞƏRH

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin İrana qarşı hərbi addımları və bunun fonunda yaranan geosiyasi gərginlik beynəlxalq münasibətlər sistemində yeni suallar doğurub. Vaşinqtonun qısa müddətdə nəticə əldə edəcəyini düşündüyü bu proses gözlənildiyindən fərqli istiqamətdə inkişaf edib, həm regionda, həm də Qərb blokunda ciddi fikir ayrılıqlarını üzə çıxarıb. Xüsusilə NATO daxilində müşahidə olunan çatlar və böyük güclərin mövqeyi məsələnin daha mürəkkəb xarakter aldığını göstərir.

Politoloq Əli Orucov Redaktor.az-a açıqlamasında bu proseslərin pərdəarxası məqamlarını və ABŞ-nin qarşılaşdığı çətinlikləri şərh etdi. O qeyd etdi ki, ABŞ Prezidenti Donald Tramp İrana hücum edərkən bir çox sürpirizlərlə qarşılandı:

"Baxmayaraq ki, Yaponiyanın Baş naziri ilə keçirdiyi mətbuat konfransında müttəfiqlərinə sürpriz etmək istəməsini demidi. Ağ Ev rəhbəri hesab edirdi ki, 4 həftəyə İranı təslim olmağa məcbur edəcək, Hörmüz boğazını və zəngin təbii resusrları ələ keçirməyə nail olacaq. Ancaq Tehranın dirənişi, Rusiya və Çinin fəal dəstəyi Trampın planlarını pozdu. Tramp məcbur qalıb NATO müttəfiqlərindən dəstək istədi. O bu dəstəyi ala bilməyəndən və hətta hava məkanlarını, hərbi bazalarını ABŞ hərbi təyyarələrinə qapatılmasından sonra qəzəbləndi. Ənənəvi olaraq şantaj və təhdidə keçdi. NATO daxilində fikir ayrılıqları zatən vardı. Ağ Ev rəhbərinin Kanadanı 51-ci ştat edəcəyi, Danimarkanın Qrelandiya adasına iddiası, Qərbin təhlükəsizliyinə səthi yanaşması ABŞ-yə qarşı narazılıqları artırmışdı. Eyni zamanda Rusiya-Ukrayna müharibəsinə sərgilədiyi mövqe müttəfiqlərin əvvəlki kimi qala bilməyəcəyini üzə çıxardı. NATO dövlətləri üçün vacib problem Rusiyanın Qərb üçün artan təhlükəsidir. İran nə ABŞ-yə, nə də Qərbə real və ciddi təhdidlər yaratmırdı. Trampın İrana hücumu Moskvanın qapılarını açdı və mövqeyini möhkəmləndirdi. Hörmüz boğazının bağlanması dünya iqtisadiyatını silkələdi. Neft və qaz sürətlə bahalaşdı. ABŞ cəmiyyətinin özündə də Trampın müharibsinə qarşı kütləvi etirazlar başladı. Onun gələcək siyasi karyerası sual altına düşməkdədir. Bütün bu amillər ABŞ Prezidentinin uğursuz İran kampaniyasının gühahkarlarını kənarda axtarmaq zərurəti yaradırdı. Ona görə də qərbli müttəfiqlərinə yüklənmək, onları ittiham etmək, hətta Fransa Prezidentini ələ salmaqla diqqəti özündən yayındırmaqdadır".

Müsahibimiz həmçinin əlavə etdi ki, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya kimi NATO-nun güclü dövlətləri İran müharibəsinin onların müharibəsi olmadığını bəyan etdilər.

"NATO-da ikinci ən böyük ordusu olan Türkiyə də ərazisindəki bazadan İrana qarşı istifadəsinə izin vermədi. NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqdır. Nizamnaməsindən də göründüyü kimi alyans sülhün azadlıqların qorunmasına xidmət edən müdafiə xarakterli hərbi-siyasi təşkilatdır. Qərb blokun prinsip və nizamnaməsinə uyğun davranış sərgilədi. ABŞ-nin blokdan çıxması onun beynəlxalq nüfuzuna və təsirinə mənfi çalarlar gətirər. Milli maraqlarını qorumaqda çətinliklərlə üzləşər. Məhz bu baxımdan Trampın hədə və inciklərinə baxmayaraq ABŞ-ni NATO-dan çıxarmaq kimi avantürist addım atacağını düşünmürəm", - deyə Ə.Orucov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr