Bakı. Trend:
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasındadəyişiklik edilib.
Trend-inməlumatına görə, sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyatvasitəsinin istifadə təyinatına görə əmsal (AİTƏ) da tətbiqolunacaq.
Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməliolan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinəmüəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydadahesablanacaq:
- avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda: SH = BSHx ANVƏ x AİTƏ x TYƏ x RƏ x İMƏ x AVİƏ x BMƏ.
- avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisihüquqi şəxs olduqda: SH = BSH x ANVƏ x AİTƏ x RƏ xİMƏ x HŞƏ x BMƏ.
Yuxarıdakı abreviaturalar aşağıdakı mənaları ifadə edir:
- SH – bir illik sığorta haqqı məbləği;
- BSH – baza sığorta haqqı məbləği;
- ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;
- AİTƏ – avtonəqliyyat vasitəsinin istifadə təyinatınagörə əmsal;
- TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görəəmsal;
- RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğuəraziyə görə əmsal;
- İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görəəmsal;
- AVİƏ – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olanşəxslərin sayına görə əmsal;
- BMƏ – BM sinfinə görə əmsal;
- HŞƏ – avtonəqliyyat vasitəsi sahibinin və (və ya)mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal.
Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün istifadə edildikdə müvafiq əmsalların tətbiqi iləhesablanan sığorta haqqı baza sığorta haqqı ilə avtonəqliyyatvasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin 5mislindən çox ola bilməz.
Məlumat üçün bildirək ki, baza sığorta haqqı 50manat məbləğində müəyyən olunub.
Yuxarıda göstərilən əmsalların dərəcələri ilə bu linkdəntanış ola bilərsiniz.
Qeyd edək ki, daha əvvəl sığorta haqqı məbləğihesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatınagörə əmsal tətbiq edilmirdi.