Mövzu ilə bağlı politoloq Niyaməddin Orduxanlı Ajans.az-a açıqlama verib. Politoloq deyib ki, Amerika NATO-nun əsas aparıcı qüvvəsidir. Biz bilirik ki, NATO hərbi birlikdir və onun təxminən 80 faizi Amerika tərəfindən maliyyələşdirilir. Yəni Amerikanın maliyyəsi ilə hərbi qüvvə olan NATO yaranıb. Təbii ki, burada Amerika söz sahibidir. NATO 1949-cu ildə Sovet sisteminə qarşı təhlükəsizliyi təmin etmək məqsədilə yaradılmışdı. Yalnız söhbət Avropanın sərhədlərinin mühafizəsi və qorunması prinsipindən gedirdi. Ekspert qeyd edib ki, Trampın NATO ilə bağlı verdiyi bəyanatlar var. Amerika-İsrail-İran müharibəsində NATO-nun yaxından iştirak etməməsi gündəmdədir. NATO üzvləri əsasən Avropa ölkələridir. Rusiya-Ukrayna müharibəsində NATO-nun Amerikadan gözləntiləri yüksək səviyyədə olmadı.
“Yəni onlar düşünürdülər ki, Amerika, xüsusən Tramp, Rusiya-Ukrayna müharibəsində Ukraynaya daha böyük dəstək göstərəcək, amma bu özünü doğrultmadı. Ona görə də NATO da bunun qarşılığında Amerikanın, bu gün Trampın İrana apardığı müharibədə, Trampın arzu etdiyi səviyyədə dəstək vermir. Tramp bu məsələyə tez-tez toxunur ki, NATO dağıla bilər, yəni söhbət maliyyənin kəsilməsindən gedir.” deyə, o açıqlayıb. Əgər Amerikada narahatlıq yaransa və maliyyəni kəsərsə (söhbət böyük həcmli maliyyədən gedir) NATO-nun fəaliyyəti, Avropa liderlərinin qərarı, sonrakı məsələlədir.