AZ

“Araz-Naxçıvan” inamlı qələbə qazandı - Turun 2 oyunu baş tutmadı

Bu gün Yüksək Liqada XVI tur start götürüb. 

Fanat.Az xəbər verir ki, mərkəzi oyunda “Araz-Naxçıvan” “Baku Fire”dən güclü olub. 

Digər görüşlər isə baş tutmayıb. “Şuşa” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la oyun keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

“Lənkəran” komandası isə federasiyaya rəsmi müraciət edərək növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, əyalət təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi”nin aktivinə 3 xal yazılıb.  

Yüksək Liqa
XVI tur 
2 aprel

Lənkəran – Neftçi İK 0:5 (texniki qələbə)

Araz Naxçıvan - Baku Fire 5:1
Qollar:
Amirhossein Rasuli, 8:39, 12:61, Eldar Zeynalov, 14:28 öz qapısına, Jean Karlos, 17:06, Elan Delon, 26:09 - Eldar Zeynalov, 26:52.

Şuşa – U-19 (baş tutmayıb)

Seçilən
14
2
fanat.az

3Mənbələr