AZ

Krediti olan şəxs həbs olurnarsa, aqibəti necə olur?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Kreditlə bağlı ən çox sual yaradan məsələlərdən biri də krediti olan şəxsi həbs olunmasıdır.

Maraqlıdır, banka kredit borcu olan şəxs həbs olunduğu zaman prosedur necə olur?

Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, hansısa müddətə həbs olunmaq banka olan kredit borcunu silmir. Burada bir sıra məqamlar var. Məsələn, əgər borclu həbsdədirsə və ödəmə imkanı yoxdursa, bank cərimə faizləri (penya) tətbiq edə bilər. Müqavilədə nəzərdə tutulubsa, gecikmə faizləri hesablanır. Bir sözlə, borc yığılmağa davam edir.

Hüquqşünas o cümlədən deyib:

“Digər məsələ, kredit zaminlə götürülübsə, bank birbaşa zamindən tələb edə bilər. Girovla təmin olunubsa, girov əmlak satıla bilər. Bundan əlavə, həbsdə olan şəxs restrukturizasiya (borcun yenidən bölünməsi) barədə müraciət edə bilər. Yaxınları onun adından ödəniş edə bilər. Nəhayət, əgər borclunun zamini yoxdursa, yaxınlarə ödəmirsə, onda icra məmuru əmlakı axtarır. Ev, torpaq, maşın, bank hesabları və s. Varsa, hərracla satılır və borc bağlanır. Heç nə yoxdursa, yəni əgər şəxs heç bir əmlaka sahib deyil, gəliri yoxdursa, onda icra işi “icrası mümkün olmayan” kimi dayandırıla bilər. Amma borc yenə də silinmir”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
icma.az

1Mənbələr