AZ

UEFA İtaliyanı Avro-2032 ilə hədələdi: Əks halda...

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın 2032-ci il Avropa çempionatını qəbul etmək hüququnu itirə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, ölkədə stadion infrastrukturu ciddi problemlərlə üzləşib.

“2032-ci ildə İtaliyada Avropa çempionatı keçirilməlidir, amma oradakı stadionların vəziyyətini "bərbad" sözündən başqa cür təsvir etmək mümkün deyil. İtaliyanın siyasi liderləri bəlkə də düşünməlidirlər ki, niyə ölkədə Avropanın ən zəif futbol infrastrukturlarından biri mövcuddur.

Avro-2032 planlaşdırılıb və keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda turnir İtaliyada baş tutmayacaq”, - deyə Çeferinin "La Gazzetta dello Sport" nəşrinə açıqlamasında bildirib.

Seçilən
23
publika.az

1Mənbələr