İranın sabiq xarici işlər naziri və BMT-dəki keçmiş nümayəndəsi Kamal Xərrazi ABŞ-İsrail hücumlarında ağır yaralanmasına baxmayaraq, son günlər ABŞ-nin vitse-prezidenti C.D. Vens ilə mümkün görüşün koordinasiyasına nəzarət edir.
Bununla bağlı, “The New York Times” qəzeti İslam Respublikasının adı açıqlanmayan rəsmilərinə istinadən xəbər verib.
Nəşrin yazdığına görə, Kamal Xərrazi İslam Respublikasının etibarlı simalardan biri sayılır. Bildirilib ki, o, Əli Xameneyinin müşaviri olub. Xərrazi, İran-İraq müharibəsi zamanı müharibə təbliğatı qərargahının rəhbəri olub və xarici siyasətdə əsas rol oynayaraq Xarici Əlaqələr üzrə Strateji Şuraya rəhbərlik edib.