AZ

Fatih Ürəkdən yaxınlarına milyonlar qalıb

İki ay əvvəl vəfat edən türkiyəli müğənni Fatih Ürəkdən yaxınlarına milyonluq sərvət miras qalıb. Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Seyhan Erdağ məlumat verib. Erdağ Fatih Ürəkin Bordrumda dəbdəbəli villaya sahib olduğunu deyib. Onun sözlərinə görə, 600 kv. metr ərazisi olan mülkün bazar dəyəri 170 milyon lirədən (təxminən 6,8 milyon manat) çoxdur. Jurnalist müğənninin qarajında lüks avtomobil olduğunu xatırladıb. “Bu maşının qiyməti 6 milyon lirədir”, - Seyhan Erdağ belə yazıb.

Türkiyə mətbuatı jurnalistə istinadla Fatih Ürəkdən yaxınlarına bahalı qızıl-zinət əşyalarının və İstanbulda bir neçə obyektin qaldığını açıqlayıb.

Seçilən
27
5
metbuat.az

4Mənbələr