AZ

ABŞ əsgərlərinin BU GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu – VİDEO

Yaxın Şərqdə ABŞ hərbi mövcudluğunun artması fonunda qoşunlarının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə yerləşdirilməsi bölgədə gərginliyi daha da artırıb.

NOCOMMENT.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə çoxsaylı ABŞ əsgərlərinin hərbi texnika və avadanlıqlarla birlikdə BƏƏ-yə gətirildiyi görünür.

Ekspertlər BƏƏ-nin ABŞ ilə hərbi əməkdaşlığı səbəbindən İran üçün potensial hədəfə çevrildiyini bildirirlər. İran rəsmiləri daha əvvəl dəfələrlə bəyan ediblər ki, ərazilərindən ABŞ əməliyyatları üçün istifadə edilən ölkələr “qanuni hədəf” hesab olunur.

Məlumata görə, müharibənin başlanmasından bəri İran BƏƏ də daxil olmaqla bir sıra Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Bu isə bölgədə müharibə riskini daha da artırıb.

BƏƏ artıq təkcə iqtisadi və maliyyə mərkəzi deyil, eyni zamanda ABŞ üçün strateji hərbi bazaya çevrilir. ABŞ qoşunlarının bölgəyə yerləşdirilməsi və İranın buna sərt reaksiyası Körfəz regionunda qarşıdurmanın genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ və İsrailin İrana hərbi zərbələr endirməsindən sonra Tehran regiondakı ABŞ bazalarının yerləşdiyi ölkələrə qarşı cavab hücumları həyata keçirmişdi. Bu hadisələrdən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib və tərəflərin yeni hərbi əməliyyatlara hazırlaşdığı bildirilir.

Sara
NOCOMMENT.az

Seçilən
27
40
nocomment.az

10Mənbələr