Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın onun ailəsi haqqında verdiyi bəyanatları "qeyri-elemetar və yerisiz" adlandırıb.
Hakimiyyet.az "BFMTV"ə istinadən xəbər verir ki, Cənubi Koreyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Donald Trampın onun ailə həyatı ilə bağlı sözlərinin "nə nəzakətli, nə də yerində" olduğunu bildirib.
"Mən buna cavab verməyəcəyəm, bu, cavaba layiq deyil", – deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Amerika prezidenti Makron haqqında: "Həyat yoldaşı onunla çox pis rəftar edir, o, hələ də çənəsinə dəyən zərbədən sonra özünə gəlməyə çalışır", – deyə bəyanat vermişdi.