AZ

Türkiyədə yeni artilleriya, silah və dəniz platformaları inventara daxil edilib

Türkiyənin Quru Qoşunları Komandanlığının yeni artilleriya, silah və dəniz platformalarını inventarına daxil edib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirıiyinə istinadən xəbər verib.

Bildirilib ki, Quru Qoşunlarının inventarına daxil edilən sistemlərin sırasında yeni nəsil T-155 “Fırtına” özüyeriyən artilleriya qurğusu, 5.56 mm-lik yüngül pulemyotu və 17 nəfərlik kater yer alıb.

Həmçinin “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çapda və sayda silah-sursat başda Türkiyə Silahlı Qüvvələri olmaqla, yerli və beynəlxalq müştərilərə çatdırılıb.

Seçilən
19
poliqon.az

1Mənbələr