AZ

Körpəniz niyə ağlayır? Artıq bunu telefonunuz deyəcək

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiyada süni intellekt əsaslı "Awababy" adlı tətbiq hazırlanıb.

Ölkə.az xəbər verir ki, bu tətbiq valideynlərə körpənin niyə ağladığını anlamağa kömək edir.

Bildirilib ki, tətbiq təxminən 150 min səs yazısı əsasında öyrədilib. Alqoritm səsin hündürlüyünü, tembrini və müddətini analiz edərək ağlamanın səbəbini müəyyənləşdirir.

Tətbiq 11 fərqli vəziyyət və ehtiyacı ayırd edə bilir. Bunlara aclıq, yuxu, narahatlıq, tək qalma, temperatur dəyişiklikləri, qarın ağrısı və diqqət çatışmazlığı daxildir.

Bundan əlavə, istifadəçilər uşağı sakitləşdirən üsulları da paylaşa bilir. Bu isə ümumi məsləhət bazasının formalaşmasına kömək edir.

Qeyd olunub ki, 20 apreldən etibarən Yaponiyanın Mişima şəhərində iki yaşdan kiçik uşaqları olan ailələr üçün tətbiqin premium versiyası pulsuz təqdim olunacaq.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
olke.az

2Mənbələr