AZ

Tramp: Axmaq prezident bizi müharibəyə sürüklədi

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişəyə müdaxilə etməməli və bu ölkəyə təmənnasız silah tədarük etməməli idi.

Ölkə.Az "Avropa həqiqəti" istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlərlə ünsiyyət zamanı bildirib.

"Biz Ukraynaya müdaxilə etməməli idik, Ukrayna okeanın o tayında, minlərlə mil uzaqlıqdadır. Biz onlara kömək etdik, bizim axmaq bir prezidentimiz var idi ki, onlara 350 milyard dollar verdi və bunun qarşılığında heç nə almadı", – deyə Tramp qeyd edib.

O, keçmiş dövlət başçısı Co Baydenin Ukraynaya hazırda Yaxın Şərqdə kəskin ehtiyac duyulan sursatları göndərməsindən narazılığını ifadə edib.

"Biz hər yerdə sursat istehsal edirik, çünki onlara ehtiyacımız var. O (Bayden), Ukraynaya o qədər çox şey verdi ki, əvəzində heç nə almadı. Mən isə onlara sursat satıram. Bilirsiniz, bunun pulunu Avropa İttifaqı ödəyir. Bu ümumiyyətlə nə deməkdir? Onlar da nəsə etməlidirlər, elə deyilmi?" – deyə Ağ Ev rəhbəri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
3
olke.az

4Mənbələr