AZ

Avtomobilinizin şüşəsindəki bu nöqtələr nə işə yarıyır, bilirsiniz? ARAŞDIRMA

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Maşınlarda məqsədi ilk baxışda anlaşılmayan saysız-hesabsız detallar mövcuddur. Onlardan biri də avtomobillərin ön və yan şüşələrinin kənarlarında yerləşən qara nöqtəli zolaqlardır. Gündəlik həyatda tez-tez rast gəlinən bu detalın funksiyası isə bir çox sürücü üçün hələ də maraq doğurur.

Avtosfer.az xəbər verir ki, mütəxəssislər şüşələrin kənarlarında yerləşən bu qara nöqtəli zolaqların əslində möhürləyici lent rolunu oynadığını bildirir. Bu zolaqlar istiliklə tətbiq olunan keramika əsaslı xüsusi örtükdən ibarətdir və onu şüşədən mexaniki şəkildə çıxarmaq demək olar ki, mümkün deyil.

Qeyd olunur ki, bu elementin əsas funksiyalarından biri şüşə ilə avtomobil gövdəsi arasında istifadə olunan yapışqan materialı günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaqdır. Əks halda, zamanla bu yapışqan zəifləyə və şüşənin bərkidilmə keyfiyyəti aşağı düşə bilər.

Bununla yanaşı, qara nöqtəli zolaqlar avtomobilin izolyasiyasında da mühüm rol oynayır. Belə ki, onlar yağış suyunun və kənar təsirlərin salon daxilinə keçməsinin qarşısını alır. Eyni zamanda, bu örtük şüşənin avtomobilin gövdəsinə daha möhkəm yapışmasına kömək edir və konstruksiyanın ümumi dayanıqlığını artırır.

Digər mühüm məqam isə vizual və funksional üstünlüklərlə bağlıdır. Bu zolaqlar yapışqan qatının kənardan görünməsinin qarşısını alır, keçid hissəsini daha estetik göstərir. Bundan əlavə, nöqtəli struktur günəş şüalarının kəskin təsirini qismən zəiflədərək sürücünün görmə qabiliyyətinə müsbət təsir edir.

Beləliklə, bir çoxlarının sadəcə dizayn elementi hesab etdiyi bu qara nöqtəli zolaqlar əslində həm təhlükəsizlik, həm izolyasiya, həm də estetik baxımdan avtomobilin vacib hissələrindən biri hesab olunur.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
avtosfer.az

1Mənbələr