AZ

Ağ ayaqqabılarınızı belə təmizləyin

Ağ ayaqqabılar tez çirklənsə də, düzgün üsullarla onları yenidən təmiz və səliqəli vəziyyətə gətirmək mümkündür.

 

Pravda.az bildirir ki,əvvəlcə ləkə yaranan kimi nəm salfetlə deyil, quru parça və ya fırça ilə səthi təmizləmək daha effektivdir.

 

Ayaqqabının materialına görə təmizləmə üsulu dəyişir. Parça ayaqqabılar əl ilə  yuyula və ya uyğun hallarda paltaryuyan maşında 30 dərəcədə təmizlənə bilər.

 

Dəri və ya sintetik modellər üçün diş məcunu, soda, sirkə və ya xüsusi təmizləyici qarışıqlardan istifadə tövsiyə olunur. Çətin ləkələrdə isə soda məhlulu, hidrogen peroksid və ya zəif maye yuyucu vasitə tətbiq edilə bilər.

 

Yuma zamanı ayaqqabını əvvəlcədən fırçalamaq, iplərini çıxarmaq və aşağı temperatur seçmək vacibdir. Qurudarkən isə birbaşa günəş şüasından uzaq, açıq hava mühiti seçilməlidir ki, forması zədələnməsin.

 

Əminə Bayramova

Tarix: 2 Aprel 2026, 13:49   
Seçilən
52
pravda.az

1Mənbələr