AZ

Kanselo: Qvardiola məni Mançester Siti də görmək istəmirdi

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kanselo: "Qvardiola məni "Mançester Siti"də görmək istəmirdi"

"Mançester Siti"nin sabiq futbolçusu, müqavilə ilə "Əl-Hilal"a məxsus olan və hazırda icarə əsasında "Barselona"da oynayan Joao Kanselo Xosep Qvadiola ilə münasibətlərindən danışıb.

QOL.az xəbər verir ki, Portuqaliya millisinin 31 yaşlı müdafiəçisi keçmiş baş məşqçisinin onu "şəhərlilər"də görmək istəmədiyini deyib: 

2022-ci il dünya çempionatından qayıtdım və Qvardiola ilə qızğın mübahisəm oldu. Hətta dava etdik. Bundan sonra o, artıq məni klubda görmək istəmədi, ona görə də "Bavariya"ya getmək qərarına gəldim və indiyə qədər peşman deyiləm.

Qvardiola mənə dedi: "Səndən razı deyiləm". O, artıq mənə güvənmədiyini də söylədi. Mən bunun ədalətsiz olduğunu düşünürdüm və hələ də belə düşünürəm. Amma sonra öz yolumla getdim. Komandanın və oyunçuların taleyini məşqçi həll edir. Klublararası dünya kubokunda Qvardiola ilə danışdım və hələ də ən yüksək səviyyəyə çatmağımda mənə kömək etdiyi üçün ona minnətdaram".

Qeyd edək ki, Kanselo 2019-2024-cü illərdə "Mançester Siti"də oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
50
qol.az

10Mənbələr