AZ

Türkmənistan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına xüsusi önəm verir - Nökərqulu Ataquliyev

Bakı. Trend:

Türkmənistan Müasir formatda Böyük İpək Yolunun bərpasıçərçivəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafınaxüsusi önəm verir.

Trend xəbər verirki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini NökərquluAtaquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzvdövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinciiclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas vəzifələrdən biri mövcud imkanlardantam istifadə etməklə iqtisadi tərəfdaşlığın daha da inkişafetdirilməsidir. Prioritet istiqamətlər investisiya əməkdaşlığınıngenişləndirilməsi, sənaye kooperasiyasının inkişafı və birgəlayihələrin sayının artırılmasıdır:

“Bu prosesdə nəqliyyat-logistika infrastrukturunun inkişafıxüsusi rol oynayır. Türk dövlətlərinin əlverişli coğrafi mövqeyigeniş strateji imkanlar açır və onları beynəlxalq logistikasistemində vacib tranzit qovşaqları kimi çıxış etməyə imkanverir”.

Ataquliyev əlavə edib ki, ölkə üçün Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizi, “Lapis-Lazuli” dəhlizi, Xəzər dənizi – Qaradəniz və Mərkəzi Asiya – Yaxın Şərq istiqamətləri kimi marşrutlarmühüm əhəmiyyət kəsb edir. Bu marşrutların inkişafı ticarətinartması və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlaryaradır.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr