AZ

İrandakı müharibə Rusiyaya milyardlarla dollar qazandırıb

İranda aparılan hərbi əməliyyatlar Rusiyaya neft satışından milyardlarla dollar əlavə gəlir gətirib.

Bu barədə Bloomberg yazır.

Gəlirlərin kəskin artımına qaz, taxıl, alüminium və gübrələr də təsir göstərir.

Analitiklərin məlumatına görə, ABŞ və İsrailin İrana zərbə endirməsindən bir həftə əvvəl Rusiya iqtisadi artım proqnozunu aşağı salmağı və Urals markalı neftin qiymətini bir barel üçün 45–50 dollara qədər endirməyi nəzərdən keçirirdi. Ötən həftənin sonunda isə Rusiyanın qərb limanlarında bu neftin orta qiyməti 93,4 dollar təşkil edib.

Qiymətləndirmələrə əsasən, xammal qiymətləri ilin sonuna qədər yüksək səviyyədə qalarsa, Rusiyanın neft ixracından gəlirləri 40 milyard dollar arta bilər. Döyüşlər başa çatarsa və Hörmüz boğazı yenidən açılsa, artım təxminən 10 milyard dollar olacaq, deyə Bloomberg qeyd edir.

Seçilən
3
1
azpost.info

2Mənbələr