AZ

Türk dövlətlərin yeni inkişaf strategiyasının hazırlanması xüsusi əhəmiyyət kəsb edir - Abdulla Aripov

Bakı. Trend:

Türk dövlətlərinin yeni strategiyanın hazırlanması xüsusiəhəmiyyət kəsb edir.

Trend xəbər verirki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda keçirilənTürk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının vəvitse-prezidentlərinin ikinci iclasının gedişində etdiyi çıxışdadeyib.

“Biz yeni çağırışlar və mürəkkəb proseslərlə səciyyələnən mühümbir dövr yaşayırıq. Münaqişələr, iqtisadi bərabərsizlik, texnolojisarsıntılar və hibrid təhdidlər mürəkkəb beynəlxalq mühitformalaşdırır”, – deyə Aripov bildirib.

Onun sözlərinə görə, beynəlxalq terror və iqtisadi sarsıntılarşəraitində etimad, tarixi yaxınlıq və uzunmüddətli ortaq maraqlaraəsaslanan regional təşkilatların rolu xüsusilə vacibdir. Beləşəraitdə Türk dövlətlərinin resurslarını təşkilat çərçivəsindəbirləşdirmək olduqca önəmlidir.

“Eyni zamanda, xalqlarımızın həyat səviyyəsinin və rifahınınyüksəldilməsi üçün şərait yaratmaq zəruridir. Şübhəsiz ki,sammitlərin nəticələrinə əsasən əldə olunmuş razılaşmalarqarşılıqlı əməkdaşlığın genişlənməsinə, ticarət və investisiyalarınartmasına töhfə verib. Bu baxımdan, Türk dövlətlərinin inkişafıüzrə yeni strategiyanın hazırlanması xüsusi əhəmiyyət kəsb edir”, –deyə o əlavə edib.

Baş nazirin sözlərinə görə, Özbəkistan təşkilata üzv dövlətlərləqarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinidəstəkləyir.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr