AZ

TDT Baş katibi: Orta Dəhlizlə daşımaların həcminin 10 milyon tona qədər artacağı gözlənilir

"Zəngəzur dəhlizinin tezliklə açılması üçün işlər görülür”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O bildirib ki, hazırkı mürəkkəb geosiyasi mühitdə Orta Dəhliz ən vacib marşrutdur və bu xətlə daşımaların həcminin 10 milyon tona qədər artacağı gözlənilir: “Bakı-Tbilisi-Qars" dəmir yolu xətti artıq öz yüksək effektivliyini sübut edir. Dövlət başçılarımız tərəfindən bizə mütəmadi olaraq blok qatarlarının işə salınması ilə bağlı tapşırıqlar verilib. Bu istiqamətdə işlər davam etdirilir”.

Seçilən
49
2
apa.az

4Mənbələr