AZ

Messi DÇ-2026-da oynayacaqmı? - Millinin baş məşqçisi sualı belə cavablandırdı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni "İnter Mayami"nin superulduzu Lionel Messinin DÇ-2026-da iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az "beIN Sports"a istinadən xəbər verir ki, o, belə danışıb:

"Leo dünya çempionatında oynamaq istəsə, bu bizim üçün böyük şərəf olar. Onun mundualdan həzz almasını hamımız istəyirik və özünü yaxşı hiss etməsi üçün əlimizdən gələni edirik. Messi də bizim istədiyimizi istəyir, amma indi narahat deyil, çünki artıq dünya çempionu olub. Mundiala qatılmaq və təcrübəsini başqalarıyla bölüşmək niyyətindədir. Hansı qərarı verəcəyinə baxacaq və onu bütün hallarda, dəstəkləyəcəyik".

DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq. ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda J qrupunda yer alacaq Argentina Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

Toğrul

Seçilən
11
1
fanat.az

2Mənbələr