AZ

Körfəz ölkələri Hörmüz boğazına alternativ neft ixracı marşrutları axtarırlar

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Fars körfəzi ölkələri İran ətrafındakı münaqişə və təchizatda fasilələr riskləri fonunda Hörmüz boğazından yan keçən neft boru kəmərlərinin tikintisi imkanını nəzərdən keçirirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni marşrutlar boğazdan asılılığı azalda bilər, lakin layihənin reallaşdırılması baha başa gələcək və buna illər lazım olacaq.

Bu kontekstdə region dövlətləri həmçinin Səudiyyə Ərəbistanının "Şərq-Qərb" neft kəməri də daxil olmaqla, mövcud tutumun genişləndirilməsini müzakirə edəcəklər.

Nəşr qeyd edir ki, oxşar layihələr əvvəllər yüksək xərclər və mürəkkəblik səbəbindən təxirə salınıb, lakin indi mövcud böhran alternativ ixrac marşrutlarına marağı artırıb.

Məlumata görə, yekun qərarlar Hörmüz boğazı ətrafındakı gələcək vəziyyətdən asılı olacaq.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
oxu.az

1Mənbələr