AZ

Orban seçkiləri uduza bilər Seçkinin taleyini onlar həll edəcək...

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Macarıstanda 12 aprel parlament seçkiləri öncəsi siyasi mənzərə kəskin şəkildə dəyişir. Son rəy sorğuları 16 ildir hakimiyyətdə olan Viktor Orbanın "Fidesz" partiyasının ciddi liderlik itkisi ilə üzləşdiyini göstərir.

"AzPolitika" "Reuters" agentliyinə istinadla xəbər verir ki, müxalifətin "Tisza" partiyası hakim partiya ilə arasındakı fərqi daha da artıraraq qələbəyə bir addım da yaxınlaşıb.

Nüfuzlu rəy sorğusu mərkəzlərinin (21 Research Centre və Zavecz Research) martın sonuna olan məlumatları Orban hökuməti üçün həyəcan təbili çalır.

"21 Research Centre" sorğusu: Səs verəcəyi partiyanı dəqiqləşdirən seçicilər arasında "Tisza"ya dəstək 56%-ə yüksəlib. Hakim "Fidesz" partiyası isə 37%-ə geriləyib.

"Zavecz Research" sorğusu: Bu mərkəzin nəticələrinə görə də "Tisza" 51% səslə liderdir, hakim partiya isə 38%-də qalıb.

Müxalifət hərəkatının lideri, əvvəllər hökumət daxilində mühüm postlar tutmuş Peter Magyar, Orbanın ən böyük rəqibinə çevrilib. Magyarın platforması əsasən bu vədlər üzərində qurulub:

Korrupsiyaya qarşı sərt mübarizə;

Aİ tərəfindən dondurulmuş milyardlarla avroluq vəsaitin geri qaytarılması;

Macarıstanın Aİ və NATO daxilindəki mövqelərinin möhkəmləndirilməsi.

Rəqəmlər müxalifətin xeyrinə olsa da, hələ də böyük bir kütlə (təxminən 20-26%) kimə səs verəcəyini dəqiqləşdirməyib. Bu isə 12 aprel seçkilərinin nəticələrini proqnozlaşdırmağı çətinləşdirir. Orban tərəfdarları isə hökumətə yaxın institutların sorğularına istinad edərək hələ də qalib gələcəklərini iddia edirlər.

Sorğular göstərir ki, 5 faizlik baryeri "Tisza" və "Fidesz"dən başqa yalnız ifrat sağçı "Bizim Vətənimiz" (Our Homeland) partiyası keçə bilər. Digər müxalif qüvvələrin parlamentdən kənarda qalma ehtimalı yüksəkdir.

Analitiklər qeyd edirlər ki, Macarıstandakı bu seçki həm də Avropa Birliyinin daxili birliyi və Rusiyaya münasibət baxımından həlledici rol oynaya bilər. Orbanın məğlubiyyəti Avropada "mühafizəkar-millətçi" dalğanın geri çəkilməsi kimi qiymətləndiriləcək.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
azpolitika.info

1Mənbələr