AZ

İran XİN: Hazırda ABŞ-la heç bir danışıqlar aparılmır

Yazını böyüt
Yazını kiçilt

İran münaqişələrin həlli ilə bağlı “həddindən artıq sərt və məntiqsiz” tələbləri ehtiva edən təkliflər alıb.

Hafta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi deyib.

“Aldığımız mesajlar həddindən artıq sərt və məntiqsiz tələbləri ehtiva edir. Buna görə də iranlılar onlara xüsusilə ehtiyatlı yanaşırlar”, - deyə "Əl-Aləm" televiziya kanalı İsmail Bəqayidən iqtibas gətirib.

XİN nümayəndəsi vurğulayıb ki, hazırda İran və ABŞ arasında heç bir danışıqlar aparılmır.

Qeyd edək ki, fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayan ABŞ və İsrail İranın böyük şəhərlərinə aviazərbələr endirir. İran ordusu isə buna cavab olaraq Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə, İsrailə raket və dron hücumları həyata keçirir. Tehran, eyni zamanda, Hörmüz boğazını ABŞ və İsrail, həmçinin İrana qarşı təcavüzü dəstəkləyən ölkələrin gəmiləri üçün bağlayıb.

Seçilən
30
4
hafta.az

5Mənbələr