AZ

Mayda niyə toy etmirlər? Araşdırma

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda aprelin sonu yaxınlaşanda toylardan şikayət edən insanların dilində eyni cümlə əzbər olur: "May gəldi, canımız qurtardı". Xalqımızın həm gileylənib, həm də əl çəkə bilmədiyi toy mərasimləri bu ayda qəfil dayanır. İnsanlar may ayını bərəkətsiz, uğursuz və ya "ağır" ay hesab edərək şadlıqlarını təxirə salırlar.Bəs bu qadağa haradan qaynaqlanır?.May ayında toy keçirməmək ənənəsinin kökləri həm qlobal tarixdə, həm də yerli batil inanclarda gizlənib. Qədim Romada may ayı ölənlərin xatirəsinə həsr olunan "Lemuriya" tədbirləri ilə keçirdi. Bu müddətdə bütün məbədlər bağlandığı və kəbin kəsilməsi məhz məbədlərdə baş tutduğu üçün toylar qeyri-mümkün olurdu.Yerli inanclarımızda isə bu qadağa daha çox yasəmən gülü ilə əlaqələndirilir. Bəzi fikirlərə görə, yasəmən sözü "ya sən, ya mən" ifadəsini xatırlatdığı üçün bu ayda qurulan ailələrin bədbəxt olacağı düşünülür. Eyni zamanda təbiətin bol yağışlı dövrü olduğu üçün may ayı təbiətin ağlayan vaxtı kimi xarakterizə edilir və toy üçün uyğun sayılmır.Yaşlı nəslin nümayəndələri və bəzi tədqiqatçılar bu ənənənin Azərbaycana gəlişini daha çox rus və erməni təsiri ilə bağlayırlar. Ermənilər aprelin 24-dən mayın sonuna qədər olan dövrü qondarma soyqırım iddiaları ilə bağlı 40 günlük yas müddəti kimi qəbul edirlər. Uzun illər Bakıda yaşayan ermənilərin bu matəm ənənəsi yerli əhali arasında hiss edilmədən vərdişə çevrilib.Digər tərəfdən, rus dilindəki "mayatsya" (əziyyət çəkmək) sözü ilə may ayının adı arasındakı bənzərlik ruslarda "mayda evlənən ömür boyu əziyyət çəkər" mifini yaradıb. Maraqlıdır ki, son araşdırmalar rusların artıq bu mifi qırdığını və mayda çoxsaylı toylar etdiyini göstərir.Dini baxımdan yanaşdıqda, hər hansı ayın digərindən daha "nəhs" və ya uğursuz olması anlayışı yoxdur. İslam dinində yalnız günah işlərin görüldüyü günlər ağır hesab edilə bilər. Bir ayı o birindən aşağı tutmaq cahillik kimi qiymətləndirilir.Astroloqlar da bu ayın toy üçün heç bir qlobal qadağasının olmadığını təsdiqləyirlər. Əksinə, tibbi baxımdan may ayı ginekologiyada cinsi aktivliyin və enerjinin ən yüksək olduğu dövrlərdən biri kimi qeyd edilir. Həkimlər toy üçün əsl təhlükəli dövrün may deyil, həddindən artıq isti havaların hökm sürdüyü iyul və avqust ayları olduğunu bildirirlər.Qeyd edək ki, son bir-iki ildə Azərbaycandakı şadlıq saraylarında mənzərə müsbətə doğru dəyişməkdədir. Artıq gənclər may ayının yaşıl təbiətindən və mülayim havasından yararlanmağa başlayıblar. Qonşu Türkiyədə isə may ayı açıq havada keçirilən "kır düyünləri" üçün ən çox seçilən və əyləncəli dövr hesab olunur. Görünən odur ki, xalqımız batil inancların yox, təbiətin oyanışının gətirdiyi gözəlliklərin tərəfinə keçməyə başlayıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr