AZ

Taleh Qaraşov sakinlərin problemlərini dinlədi - FOTOLAR

Aprelin 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə yerli icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verən icra başçısı qeyd edib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciət olunub. 

Taleh Qaraşov yerlərdə cənab Prezidentin göstərişinə uyğun olaraq vətəndaşla dövlət arasındakı qarşılıqlı etimadın və inamın davamlılığını təmin etməkdən ötrü səyyar görüş-qəbulların keçirildiyini, vətəndaş məmnunluğunun təmin edilməsi üçün məmurların xalqın, yerli insanların arasında olduğunu, onlarla birbaşa, vasitəsiz dialoq qurduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbullar vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi və müraciətlərə yerində baxılması məqsədini daşıyır.

İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciətlərini  dinləyib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin həllindən ötrü yerindəcə göstərişlərini verib, digər məsələlərin həllindən ötrü aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını səlahiyyətli şəxslərə tapşırıb. 

Şürük, Türkəkəran, Tütəpeştə və Moğonojoba kəndlərinin sakinləri rayon rəhbərliyinə səmimi qəbula görə təşəkkür ediblər, sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində  uğurlu, çevik və nəticəyə yönəlik addımların tətbiq olunmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


 

Seçilən
62
50
unikal.az

10Mənbələr