AZ

Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb

Sığorta və təkrarsığorta brokeri "Kaspian İnterneşnl Brouking" MMC (Caspian International Broking - CİB) 2025-ci ili 2 milyon 356 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 1 milyon 820 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Kaspian İnterneşnl Brouking"in xalis mənfəəti 536 min manat və ya 29,4% artıb.

Marja xəbər verir ki, ötən il Şirkətin cəmi gəlirləri 3 milyon 552 min manat, cəmi xərcləri 595 min manat təşkil edib. 

2024-cü ildə "Kaspian İnterneşnl Brouking"in cəmi gəlirləri 2 milyon 791 min manat, cəmi xərcləri 481 min manat min manat təşkil etmişdi.

İş elanları AzVak.az-da

Seçilən
56
1
marja.az

2Mənbələr