AZ

Günəşə doğru hərəkət edən komet sürətlə parçalanacaq

“C/2026 A1 (MAPS) kometi Günəşə doğru hərəkətinə davam edir. Son müşahidələrə əsasən, Günəşə yaxınlaşdıqca MAPS kometinin parlaqlığı, sürəti və aktivliyi artır”.
 
Moderator.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, hazırda komet Günəşdən təxminən 40 milyon km məsafədədir və 80 km/saniyə sürətlə hərəkət edir:
 
"Yaxın günlərdə kometin sürətinin artaraq 100 km/saniyəni, Günəşə ən yaxın nöqtədə isə təxminən 300 km/saniyəni keçəcəyi gözlənilir: “Komet artıq güclü Günəş şüalanmasına tab gətirə bilmir və parçalanma mərhələsinə daxil olub. Bu prosesin pik nöqtəsi 2–4 aprel tarixlərinə təsadüf edə bilər. Bu zaman komet Günəşin tacına yaxınlaşaraq sürətlə dağılacaq. Bu, qısamüddətli parlaqlıq artımı yarada bilər”.
 
Məlumatda qeyd olunub ki, komet nüvəsinin müşahidəsi çətin olsa da, onun uzun və parlaq quyruğunun Günəş batdığı ərəfələrdə qısamüddətli görünməsi ehtimal olunur:
 
"Aprelin 2-dən etibarən kometin SOHO aparatının LASCO cihazlarında görünməsi gözlənilir ki, bu da onun son vəziyyətini daha dəqiq izləməyə imkan verəcək. Hazırkı qiymətləndirmələrə görə, kometin bütöv şəkildə Günəşə çatma ehtimalı çox aşağıdır və onun yaxın günlərdə tamamilə parçalanacağı gözlənilir. C/2026 A1 kometi Günəşə yaxınlaşaraq məhv olmağa doğru gedən nadir səma hadisələrindən biridir".
 
Seçilən
37
10
moderator.az

10Mənbələr