AZ

“Avrozonada iqtisadi artım demək olar ki, güclə nəfəs alır” Millət vəkili

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa Birliyində iqtisadi vəziyyət staqflyasiya həddinə çatmaqdadır. Mart ayı üzrə avrozonanın PMI (işgüzar aktivlik indeksi) - 50,5 təşkil edib. Bu son 10 ayın ən minimumudur. Avrozonada formal olaraq artım var, amma mahiyyətcə - demək olar ki, dayanma nöqtəsindədir. Eyni anda iqtisadi sahədə baş verənlərə baxsaq: şirkətlərin xərcləri son 3 ilin ən sürətli tempi ilə artır, tədarük müddətləri 2022-ci ildən bəri maksimum səviyyədədir, tələb azalır. Bu vəziyyət klassik staqflyasiya tələsidir: faizləri qaldırsan - iqtisadi artımı boğarsan, endirsən - inflyasiyanı sürətləndirərsən. Avropa Mərkəzi Bankı pis ilə daha pis arasında seçim etmək məcburiyyətində qalmışdır”. 

Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. O bildirib ki, vəziyyəti daha da pisləşdirən amil Yaxın Şərqdə, İran ətrafında baş verən müharibə və enerji faktorudur. Amma burda əsas problem müharibənin yaratdığı şok deyil, Avropanın bu şoku zəif vəziyyətdə qarşılaması və ya bu cür problemlərə hazır olmamasıdır:

“Avrozonada iqtisadi artım demək olar ki, güclə nəfəs alır, bahalı enerjidən asılılıq isə 4 il əvvəlki vəziyyətdə qalıb, daha da artıb. Sadəcə, əvvəlki illərdən fərqli olaraq artıq qoruyucu ehtiyatlar da qalmayıb. Birlikdə 2026-cı il üçün artım proqnozu - 0,9 faiz idi, bir neçə gün bundan öncə bu rəqəmin 0.4 faizə düşə biləcəyi də bəyan edildi. II rübdə inflyasiya - 3,1 faiz təşkil edəcəyi gözlənilir. Və bunlar hələ optimist ssenarilərdir”.

Sevinc Qarayeva

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
525.az

2Mənbələr