AZ

Unibank da müştəri narazılığı

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Unibank” kart qalığına görə 200 manat pulumu köçürməyib. Dünən 5 manatlıq konturum getdi. Sonda bankın facebook səhifəsi və 117 qaynar xətti(xətdə Əfsanə və Tahirə xanım olub) üzərindən çeklərlə sübut elədim ki, 200 manat pulum bank tərəfindən verilməyib. Qalıq pulu karta köçürmək əvəzinə mənə filiala yaxınlaşmağı bildirdilər”.

Bunu Gununsesi.info-ya müraciətində Gədəbəy sakini  Zaur Qənbərov deyib.

O bildirib ki, məcbur qalıb, Gədəbəydən bankın  Şəmkirə filialına gəlib: “Müştəri xidməti üçün  7 masa qoyulub. Amma bu 7 masadan birində işçi var. Qalanları fasiləyə getdiklərini bildirirlər.

Bankın 117 qaynar xəttinə zəng edib irad bildirirəm. Xətdəki Tahirə xanım deyir ki, filialda əməkdaşlar işləmir, biz buna nə edə bilərik?  20 dəqiqədir ki, gözləyirəm. Sadəcə süründürməçilik”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
icma.az

1Mənbələr