
ABŞ Prezidenti Donald Trampın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə bağlı şikayətləri bloku qəsdən zəiflətmək cəhdi ola bilər.
Missiya.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Estoniyanın ETV televiziya kanalına müsahibə verib.
"Donald Trampın dedikləri həll edə biləcəyimiz həqiqi bir şikayətdir, yoxsa sadəcə çoxdan planlaşdırılan bir şey etmək üçün bir bəhanədir? Hər iki halda da, belə addımlar Amerikanı və ya onun müttəfiqlərindən heç birini daha güclü etməyəcək",-diplomat deyib.
Avropa diplomatiyasının rəhbəri xatırladıb ki, Tramp həmişə NATO-dan şikayət edib. Əvvəllər hər kəs çox az töhfə verirdi. İndi hər kəs müdafiə xərclərini artırıb və Avropa həqiqətən də daha çox yükü öz üzərinə götürməyə çalışır. Lakin bu şikayətlər getdikcə daha tez-tez və əsassız hala gəlib.Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü bildirmişdi. O, alyansın həmişə "kağız üzərində pələng" olduğunu söyləyərək əlavə etmişdi ki, Rusiya Prezidenti Vladimir Putin də bunu bilir.
İlahə Qənbərli
Missiya.Az