Bakı. Trend:
"PAŞA Bank" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindənkeçirilən "Bankçılıq Mükafatları -2025" müsabiqəsinin bir neçənominasiyasının qalibi seçilib.
Ölkədə bank sektorunun iştirakçıları arasında keçirilənmüsabiqədə maliyyə institutlarının 2025-ci il üzrə fəaliyyətnəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindənverilən qərara əsasən "PAŞA Bank" 4 istiqamət üzrə nüfuzlu mükafatalayiq görülüb. Belə ki, Bank, “Korporativ sosial məsuliyyət",“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”, “Kiçik vəOrta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədartədbirlər keçirmiş ABA üzvü”,"Rəqəmsal ödənişlər sahəsindəinnovativ layihələrin tətbiqi” istiqamətləri üzrə qalib elanolunub.
Qeyd edək ki, "PAŞA Bank" əvvəlki illərdə də ABA-nın nüfuzlumükafatlarına layiq görülüb. Bankın qeyri-neft sektorunun vəiqtisadiyyatın gücləndirilməsi və sahibkarlığın dayanıqlıinkişafına yönəlmiş fəaliyyəti ona həm yerli, həm də beynəlxalqsəviyyədə yüksək etimad qazandırıb.
Beynəlxalq “S&P” reytinq agentliyi "PAŞA Bank"ınuzunmüddətli və qısamüddətli kredit reytinqini 2026-cı ildə “BB-/B”səviyyəsində qiymətləndirib. Bank beynəlxalq maliyyə nəşri“International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eynivaxtda iki əsas kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və“Azərbaycanın ən yaxşı KOS bankı” – adına layiq görülüb.
"PAŞA Bank" 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafınaverdiyi töhfələrə görə “Euromoney”, “International InvestorMagazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlərtərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və“World’s Best Private Banks 2025” titullarına layiq görülüb. Eynizamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlinşirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilkAzərbaycan bankı olub.