Otto Addo artıq Qana yığmasını çalışdırmır.
"Football-plus.az" xəbər verir ki, o, milli komandanın baş məşqçi vəzifəsindən azad edilib. Qana Futbol Assosiasiyasının qərarı yığmanın yoxlama oyununda Almaniyaya 1:2 hesablı məğlubiyyətindən sonra verilib.
Qeyd edək ki, Qana yığması son 4 yoxlama oyununda məğlub olub.
Addo milli komandaya 2024-cü ilin martında ikinci dəfə təyinat almışdı. O, bundan əvvəl 2022-ci ildə keçirilən dünya çempionatında yığmanı çalışdırmışdı. Qana həmin turnirdə qrup mərhələsini aşa bilməmişdi.
Yeri gəlmişkən, milli komanda DÇ-2026-nın final mərhələsində L qrupunda Xorvatiya, İngiltərə və Panama ilə mübarizə aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta