AZ

"Pfizer"ə 1.9 milyard avro ödənəcək

"Pfizer"ə

Polşa və Rumıniya "Pfizer"ə 1.9 milyard avro ödəyəcəkBrüssel Şəhər Məhkəməsi Rumıniya və Polşanı COVID-19 əleyhinə artıq qalan peyvəndlərə görə "Pfizer" şirkətinə 1.9 milyard avro ödənməsi ilə bağlı qərar qəbul edib. Ölkələr bu peyvəndləri Avropa Komissiyasının bağladığı müqaviləyə əsasən almalı idilər. Ulusum.az TASS-a istinadən xəbər verir ki, məhkəmə şirkətin tələbini təmin edərək COVID-19 peyvəndləri üzrə müqavilə öhdəliklərinin tam ödənilməsinə yəni Polşa tərəfindən 1.3 milyard avro, Rumıniya tərəfindən isə 600 milyon avro ödənilməsinə qərar verib. Hər iki ölkə 2022-ci ildə peyvəndlərin alışını davam etdirməkdən imtina etmişdi. Bu qərar ehtiyatların həddindən artıq çox olması, preparatların koronavirusun yeni ştamlarına qarşı səmərəsizliyi, həmçinin Ukraynadakı münaqişə səbəbindən büdcə vəsaitlərinin çatışmazlığı ilə əsaslandırılmışdı."Pfizer" Polşa və Rumıniya hökumətlərinə qarşı iddianı 2023-cü ildə qaldırıb. İddia peyvəndlərin alışı üzrə müqavilələrin bağlandığı yer olan Brüssel məhkəməsinə təqdim edilib.

Diqqət Çəkənlər

İtaliyada qalmaqallı hadisə: modelin məzarı açılıb

Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir

Ağdərədə mina hadisəsi baş verib

Seçilən
38
4
ulusum.az

5Mənbələr