AZ

Əhməd əl - Şaraa Britaniya Kralı ilə görüşüb

Suriya prezidenti Əhməd əl-Şaraa Böyük Britaniyaya səfəri çərçivəsində Kral III Çarlz ilə görüşüb.

SİA-nın məlumatına görə, London şəhərində, Bukingem sarayında baş tutan rəsmi görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi olub. Görüş zamanı Britaniya kralı Suriya xalqına dəstəyini ifadə edib və ölkənin bərpası istiqamətində görülən işləri yüksək qiymətləndirib. Rəsmi açıqlamada deyilir ki, tərəflər həmçinin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi niyyətini təsdiqləyiblər.

Mətləb

Seçilən
21
1
sia.az

10Mənbələr