AZ

Niderland ordusu 600 dron mütəxəssisini işə götürəcək

Bakı, 2 aprel, AZƏRTAC

Niderland ordusu döyüş qabiliyyətini artırmaq məqsədilə dron texnologiyalarına diqqət ayıraraq ilkin mərhələdə 600 dron mütəxəssisini işə götürməyi planlaşdırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu addımı döyüş meydanında dronlardan istifadəni və onlara qarşı mübarizəni gücləndirməyə yönəldiləcək: “Məqsəd dron mütəxəssisləri ilə əməkdaşlıqda ordunun döyüş gücünü artırmaqdır”.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi general Onno Eichelsheim deyir: “Biz özümüzü dronlardan qoruya bilməliyik, eyni zamanda onlardan mümkün olan hər şəkildə istifadə etməliyik. Bunu edərkən sürətli innovasiya dövrünə uyğunlaşmalıyıq. Ən sürətli innovasiya dövrünə malik olan üstünlük qazanır”.

 

Seçilən
59
2
azertag.az

3Mənbələr