AZ

“Kəramət fərqlidir, o biri uşaqlarım…” – Qəşəm Nəcəfzadə

“Kəramət mənim layihəmdir. O özü də deyir ki, mən atamın tərs çevrilmiş üzüyəm”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri şair Qəşəm Nəcəfzadə RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.

Veriliş zamanı ona son müsahibələrində daha çox Kəramətdən danışmasının səbəbi ilə bağlı sual da ünvanlanıb. Qəşəm Nəcəfzadə bu suala maraqlı cavab verib:

“Mən onu oğlum kimi yox, daha çox dost kimi görürəm. Bəzən onunla görüşməyəndə darıxıram, zəng edib çay içməyə çağırıram”.

Şair oğlu ilə münasibətlərindən danışarkən onu da bildirib ki, insanlar arasında qoyulan bəzi anlayışlar şərtidir:

“Allahın yanında ata-oğul anlayışı yoxdur. Bəlkə Kəramət elə mənim atamdır, ya da qardaşımdır. Bu münasibətləri biz özümüz adlandırırıq”.

Daha ətraflı videoda:

KONKRET.az

Seçilən
1
1
nocomment.az

2Mənbələr