AZ

Ronaldonun klubunda ciddi itkilər var

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Ronaldonun klubunda ciddi itkilər var

"Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turu çərçivəsində "Əl-Nəcmə" ilə keçiriləcək vacib oyun öncəsi ciddi itkilərlə üzləşib.

QOL.az xəbər verir ki, "Al-Riyadiah" nəşrinin məlumatına görə, komandanın fransalı ulduzları Məhəmməd Simakan və Kinqsli Koman zədə səbəbindən kollektiv məşqlərə qatılmayıblar. Bildirilir ki, Simakanın ön əzələsində, Komanın isə bud nahiyəsində ağrılar yaranıb.

Qeyd edək ki, bu mövsüm "Əl-Nəsr"in heyətində 32 matça çıxan Koman 10 qol və 11 məhsuldar ötürmə, Simakan isə 28 oyunda 4 qol ilə yadda qalıb. 

Xatırladaq ki, hazırda "Əl-Nəsr" 67 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Əl-Hilal"ı 3 xal qabaqlayır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qol.az

3Mənbələr