ain.az bildirir, Milli.az portalına istinadən.
"Son zamanlar sanki bir tendensiya başlayıb. Bilmirəm bu nə ilə bağlıdır. Oğlan deyir ki, qız tapa bilmir, qız da deyir ki, oğlan tapa bilmir".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qonaqcanlı" verilişində deyib. Sənətçi həmçinin boşananlarla bağlı statistikanın açıqlanmasına qarşı olduğunu bildirib:
"Statistik məlumatların efirlərdə və saytlarda paylaşılması heç də yaxşı deyil. Çünki insanlar bundan təsirlənirlər və evlənməkdən qorxmağa başlayırlar. "Bu il boşananların sayı bu qədər oldu". Nə məcburdur ki, bunu açıqlayırsınız? Nə ölkənin adına, nə də insanların adına yaxşı bir şey deyil. Həm də yerdə qalan gəncləri qorxuya salırsınız, təşviş yaradırsınız". (Axşam.az)Milli.Az
Axşam.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.