Banqladeşdə 15 nəfər qızılca xəstəliyindən ölüb.
“İki sahil” xəbər verir ki, bunu çərşənbə günü ölkənin rəsmi şəxsləri bildiriblər. Hökumət xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təcili immunizasiya proqramına başlamağa hazırlaşır.
Qızılca ən yoluxucu infeksiyalardan birdir və yayılmasının qarşısını almaq üçün əhalinin 95 faizinin peyvənd olunmasını tələb edir.
“Reuters” agentliyi xəbər verir ki, Banqladeşdə hökumət bazar günündən etibarən yoluxma riskinin yüksək olduğu ərazilərdən başlayaraq ümummilli təcili peyvənd kampaniyasına başlamağı planlaşdırır.
Xəstəlik daha çox ölkənin şimal-qərbində yerləşən Racşahi regionunda yayılıb. Burada səhiyyə orqanları epidemioloji nəzarəti və yoluxma hallarının izlənməsini gücləndiriblər.