AZ

Hibrid motor və benzinə alternativ tapıldı

Avtomobil sənayesində elektrikli nəqliyyat vasitələrinin alternativi kimi yeni texnologiya diqqət çəkir.Böyük Britaniya mərkəzli "Horse Powertrain" tərəfindən hazırlanmış H12 konsept hibrid mühərrik üzvi tullantılardan əldə edilən yanacaqla işləməsi ilə seçilir. Metbuat.az xəbər verir ki, şirkət bu texnologiyanın tətbiqi ilə ənənəvi yanacaqlardan asılılığı azaltmağı hədəfləyir.Məlumata görə, mühərrik yüksək səmərəlilik göstəricilərinə malikdir və praktik istifadədə yanacağa qənaəti 40%-ə qədər artırmağa imkan verir. Hesablamalara əsasən, bu sistemlə təchiz olunan avtomobillər 1 litr yanacaqla təxminən 30 kilometr məsafə qət edə bilər. Həmçinin hər avtomobil üzrə illik karbon emissiyasının 1,77 ton azalacağı gözlənilir.Qeyd olunur ki, istifadə edilən “Nexa-95” adlı yanacaq Repsol ilə əməkdaşlıq çərçivəsində istehsal olunur və artıq İspaniyanın bəzi bölgələrində satışa çıxarılıb.

Texnologiyanın əsas üstünlüyü isə onun mövcud daxiliyanma mühərrikli avtomobillərdə əlavə texniki dəyişiklik tələb etmədən istifadə oluna bilməsidir. Bu isə yeni infrastruktur qurulmadan daha ekoloji nəqliyyata keçidi mümkün edir. Hazırda yeni sistemin real şəraitdə sınaqları planlaşdırılır.

Seçilən
28
1
metbuat.az

2Mənbələr