AZ

Polşadan Trampın NATO ilə bağlı bəyanatına REAKSİYA: “Soyuqqanlı olun”

Polşa Trampın ABŞ-nin NATO-dan çıxması ilə bağlı sözlərinə reaksiya verib.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşanın müdafiə naziri Kosinyak-Kamış ABŞ Prezidenti Donald Trampın ABŞ-nin NATO-dan çıxmasının mümkünlüyü ilə bağlı bəyanatına reaksiya verib.

O, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, “ABŞ-siz NATO olmadığı kimi, müttəfiqlərsiz də güclü bir ABŞ yoxdur”.

Nazir bu qarşılıqlı asılılığın hər iki tərəf üçün işlədiyini vurğulayıb.

O, dünya liderlərini “soyuqqanlı olmağa” çağırıb və diqqətin Yaxın Şərqə yönəlməsinə baxmayaraq, NATO-nun şərq cinahının təhlükəsizliyinin prioritet olaraq qaldığını bildirib.

Kosinyak-Kamışın sözlərinə görə, Polşa həm özünün, həm də Alyansın kollektiv təhlükəsizliyini gücləndirməyə davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
1
interpress.az

2Mənbələr