İngiltərənin "Liverpul" klubunun hücumçusu Aleksandr İsak zədədən sonra əsas komanda ilə məşqlərə başlamağa hazırlaşır.
Moderator.az xəbər verir ki, komandanın baş məşqçisi Arne Slot bildirib ki, isveçli futbolçu uzun fasilədən sonra ilk dəfə komanda ilə məşq edəcək və onun vəziyyəti qənaətbəxşdir.
Mütəxəssis hücumçunun qayıdışını yüksək qiymətləndirərək, onun komanda üçün vacib fiqur olduğunu vurğulayıb:
"Bu, onun üç-dörd aylıq fasilədən sonra komanda ilə ilk məşqidir. Onun geri qayıtması bizim üçün çox önəmlidir. Biz hansı səviyyədə hücumçu ilə müqavilə bağladığımızı bilirik və o, mövsümün son hissəsində bizə böyük fayda verə bilər".
Qeyd edək ki, Aleksandr İsak sonuncu dəfə ötən il dekabrın 21-də Premyer Liqada "Tottenhem"ə qarşı oyunda iştirak edib və həmin görüşdə baldırından zədə alaraq uzun müddət sıradan çıxıb.
Bu mövsüm "Liverpul"un heyətində 16 oyuna çıxan hücumçu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.