AZ

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib

ABŞ və İsrailin əməliyyatı başlayandan bəri Birləşmiş Ştatların təyyarələri İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Military Air Tracking Alliance" aviasiya resursunun məlumatına görə, hazırda ABŞ-nin Yaxın Şərqdəki taktiki aviasiya qruplaşması 250-dən çox döyüş təyyarəsindən ibarətdir ki, onların ən böyük qismi İordaniyadakı Müvəffəq Salti aviabazasında yerləşdirilib (onların arasında F-35A, F-15E, F-16, eləcə də A-10 hərbi təyyarələri var). Döyüş təyyarələri, həmçinin İsraildəki Ovda və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazalarında, eləcə də Ərəbistan dənizi ərazisində döyüş tapşırıqlarını yerinə yetirən "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisində yerləşdirilib.

Bundan əlavə, Britaniyada ABŞ-nin 23 ağır bombardmançısı, o cümlədən 15 ədəd "B-1B Lancer" və 8 ədəd "B-52H Stratofortress" təyyarəsi yerləşdirilib.

Bu strateji bombardmançılar hər gün İrandakı hədəflərə hava hücumları həyata keçirir. Sursatlardan İranın ən mühüm və böyük obyektlərinə, xüsusən ballistik raketlərin yerləşdirildiyi, saxlanıldığı və istehsal olunduğu qorunan məkanlara zərbələr endirmək üçün istifadə olunur.

Seçilən
13
6
far.az

8Mənbələr