AZ

Trampın NATO açıqlaması narahatlığa səbəb oldu

ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı açıqlamaları narahatlıq yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Bildirilib ki, Ağ Ev artıq Ukraynaya dəstək məsələsində əvvəlki qədər həvəsli deyil.

Brüsseldə yayılan xəbərlərə əsasən, Birləşmiş Ştatlar daha Ukraynaya silah vermək üçün vəsait ayırmaq istəmir.

Bildirilib ki, toplanan pullar yalnız Pentaqonun silah ehtiyatını yeniləmək üçün istifadə olunacaq.

Qeyd edək ki, bu ehtiyatlar daha əvvəl Co Bayden dövründə Ukraynaya verilən yardımlar nəticəsində azalmışdı.

Xatırladaq ki, Tramp NATO-nu tənqid edərək ABŞ-nin Alyansdan çıxmaq ehtimalını “tam mümkün” adlandırıb.

 

Seçilən
16
5
bakivaxti.az

7Mənbələr